- Transfer
- 01:55 20.08.2026
“Qalatasaray” “Kristal Pelas”ın seneqallı vingeri İsmayla Sarrın transferi ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O İstanbul klubunun 28 yaşlı futbolçunun keçidi ilə bağlı “Kristal Pelas”a rəsmi təklif göndərdiyini qeyd edib.
Məlumata görə, Sarr “Qalatasaray”la şəxsi müqavilənin şərtlərini müzakirə etməyə hazırdır. Lakin “Kristal Pelas”ın mövqeyi səbəbindən transferin baş tutması hazırda real görünmür.
İngiltərə klubu seneqallı futbolçunu heyətin əsas oyunçularından biri hesab edir və onu satmaq niyyətində deyil.
İsmayla Sarr ötən mövsüm bütün turnirlərdə 45 matçda meydana çıxıb. O, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalı Sarrın hazırkı bazar dəyərini 45 milyon avro qiymətləndirir.