- Transfer
- 01:55 20.08.2026
“Bavariya” zədə səbəbindən uzun müddətə sıradan çıxan Camal Musialanın əvəzləyicisini transfer etməmək qərarına gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu Musialanı tam şəkildə dəstəkləyir və futbolçuya bərpa olunması üçün vaxt verəcək.
Məlumata görə, “Bavariya”nın “10 nömrə” mövqeyində bir neçə alternativi var. Bunlar Lennart Karl, İsmayıl Saybari və Serj Qnabri hesab olunur.
Qeyd edək ki, Camal Musiala daha əvvəl nevroloji disfunksiya ilə bağlı açıqlama verib. Məhz bu problem səbəbindən 23 yaşlı futbolçu son iki matçda huşunu itirib.
Musialanın sözlərinə görə, hazırda səhhəti üçün əlavə təhlükə yoxdur, lakin müalicə alması və bərpa prosesi keçməsi lazımdır.