- Transfer
- 01:55 20.08.2026
“Liverpul”un yarımmüdafiəçisi Körtis Cons karyerasını İtaliyanın “İnter” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi 25 yaşlı futbolçunun transferi ilə bağlı Mersisayd klubu ilə razılığa gəlib.
Transferin məbləği 35 milyon avro təşkil edəcək. “İnter” ingiltərəli yarımmüdafiəçinin şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb.
Körtis Cons yaxın zamanda tibbi müayinədən keçəcək. Bundan sonra tərəflər transferi rəsmiləşdirəcəklər.
Qeyd edək ki, “Liverpul” akademiyasının yetirməsi olan Cons peşəkar karyerası ərzində yalnız Mersisayd klubunun formasını geyinib.
25 yaşlı futbolçu “Liverpul”un heyətində bütün turnirlərdə 228 matçda meydana çıxıb, 22 qol vurub və 25 məhsuldar ötürmə edib.