- Transfer
- 01:55 20.08.2026
“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandesin klubda qalmaq ehtimalı artıb.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, “Mançester Siti” 25 yaşlı futbolçu üçün 140 milyon avro ödəməyəcəyini açıq şəkildə bildirib.
Mənbənin məlumatına görə, “şəhərlilər” Enso Fernandesin transferinə Elliot Anderson üçün ödədikləri 135 milyon avrodan artıq vəsait xərcləmək niyyətində deyil.
Bildirilir ki, Fernandes “Mançester Siti”yə keçməkdə maraqlıdır. Lakin “Çelsi”nin futbolçu üçün tələb etdiyi yüksək məbləğ transferin qarşısındakı əsas maneə olaraq qalır.
Qeyd edək ki, Enso Fernandes ötən mövsüm bütün turnirlərdə 54 matçda meydana çıxıb. Argentinalı yarımmüdafiəçi bu görüşlərdə 15 qol vurub və 7 məhsuldar ötürmə edib.