21 avqust 2026. Cümə

“Lokomotiv”in gənc lideri “Qalatasaray”da


  • Transfer
  • 23:44 20.08.2026
  • Oxunma sayı: 19
“Lokomotiv”in gənc lideri “Qalatasaray”da

Moskvanın “Lokomotiv” klubu yarımmüdafiəçisi Aleksey Batrakovun Türkiyənin “Qalatasaray” klubuna keçdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Rusiya təmsilçisi bu barədə rəsmi “Telegram” kanalında məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi karyerasını İstanbulun Türkiyə klubunda davam etdirəcək.

Batrakov “Loko” Akademiyasının yetirməsidir və 15 il klubun strukturunda olub. Aleksey yolunun bütün mərhələlərində – uşaq komandalarından əsas heyətə qədər – özünü parlaq şəkildə göstərib. O, komandalarının lideri, kapitanı və ən yaxşı futbolçularından biri olub. Hesabında çoxsaylı qollar, məhsuldar ötürmələr və müxtəlif nailiyyətlər var. Əsas komandada 84 oyun keçirən Batrakov 34 qol vurub və 23 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir. 21 yaşlı futbolçunun karyerasını İstanbul nəhəngi “Qalatasaray”da davam etdirəcəyi rəsmən təsdiqlənib.







Transfer