- Transfer
- 23:48 20.08.2026
“Qalatasaray” klubu “Lokomotiv”dən transfer etdiyi hücumameyilli yarımmüdafiəçi Aleksey Batrakovla bağlı müqavilənin maliyyə şərtlərini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı futbolçunun transferi üçün “Lokomotiv”ə 25 milyon avro ödənilib.
Bundan əlavə, Moskva klubu Batrakovun növbəti transferindən əldə olunacaq gəlirin 15 faizini alacaq. Bu faiz futbolçunun 25 milyon avrodan yüksək məbləğə satılacağı halda yaranacaq gəlirə tətbiq ediləcək.
Batrakovun “Qalatasaray”la müqaviləsi 2030/31 mövsümünün sonunadək nəzərdə tutulub.
Rusiya millisinin üzvünün zəmanətli illik maaşı isə 3,25 milyon avro xalis təşkil edəcək.
Qeyd edək ki, Türkiyə klubları transferlərin maliyyə şərtlərini ictimaiyyətə açıqlamaları ilə seçilirlər.