21 avqust 2026. Cümə

“Atalanta” “Napoli”nin yarımmüdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:44 21.08.2026
  • Oxunma sayı: 17
“Atalanta” “Napoli”nin yarımmüdafiəçisini transfer etmək istəyir

İtaliya A Seriyasının digər təmsilçisi “Atalanta” “Napoli”nin kamerunlu yarımmüdafiəçisi Andre-Frank Zambo-Anquissaya maraq göstərir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Cult of Calcio” məlumat yayıb.

30 yaşlı futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Tərəflər Anquissanın sözləşməsinin uzadılması ilə bağlı artıq bir ildən çoxdur danışıqlar aparsalar da, hələlik razılıq əldə olunmayıb.

Məlumata görə, “Atalanta” artıq futbolçunun nümayəndələri və “Napoli” ilə ilkin əlaqə yaradıb. Bununla belə, Neapol təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri Anquissanı gələn mövsüm üçün komandanın planlarında görür.

Tərəflər arasında əsas fikir ayrılığı futbolçunun maaşı ilə bağlıdır. “Napoli”nin təklif etdiyi məbləğlə Anquissanın tələbi arasında illik 700-800 min avro fərq olduğu bildirilir.

Əgər müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, “Atalanta”nın Anquissaya olan marağı daha konkret mərhələyə keçə bilər.

Anquissa ötən mövsüm “Napoli”nin heyətində 22 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı kamerunlu yarımmüdafiəçinin bazar dəyərini 15 milyon avro qiymətləndirir.







Transfer