21 avqust 2026. Cümə

“Arsenal” Xulian Alvares üçün “Atletiko” ilə danışıqlara başladı


  • Transfer
  • 22:53 21.08.2026
  • Oxunma sayı: 15
“Arsenal” Xulian Alvares üçün “Atletiko” ilə danışıqlara başladı

“Arsenal” və “Atletiko” hücumçu Xulian Alvaresin mümkün transferi ilə bağlı şərtləri müzakirə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Londonda “Atletiko”nun direktoru Mateu Alemani ilə “Arsenal” nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Hazırda transferin baş tutması ehtimalı olduqca aşağı qiymətləndirilir. Buna səbəb Madrid klubunun argentinalı forvard üçün yüksək məbləğ tələb etməsi və Alvaresin özü üçün İngiltərəyə köçmək variantını nəzərdən keçirməməsidir. Futbolçunun əsas istəyi “Barselona”ya keçməkdir.

Qeyd edək ki, daha əvvəl Mateu Alemaninin “Çelsi”nin hücumçusu Nikolas Ceksonun transferi ilə bağlı danışıqlar aparmaq üçün Londona getdiyi barədə məlumat yayılmışdı.

Eyni zamanda, Alvaresin mümkün ayrılıq zamanı yalnız “Barselona”ya keçidi nəzərdən keçirdiyi bildirilir.







Transfer