21 avqust 2026. Cümə

“Liverpul”dan Minte üçün 70 milyon avroluq təklif


  • Transfer
  • 22:57 21.08.2026
  • Oxunma sayı: 15
“Liverpul”dan Minte üçün 70 milyon avroluq təklif

“Brayton” “Liverpul”un vinger Yankuba Minte üçün etdiyi ikinci transfer təklifini də rədd edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, Mersisayd təmsilçisi 22 yaşlı futbolçu üçün əvvəlcə 58 milyon avroluq təklif göndərib. Bu təklif rədd edildikdən sonra “Liverpul” məbləği 70 milyon avroya qədər artırıb. Lakin “Brayton” ikinci təklifi də qəbul etməyib.

İngiltərə klubu Minte üçün təxminən 81 milyon avro əldə etməyi gözləyir. “Liverpul”un daha yüksək məbləğlə yeni təklif göndərib-göndərməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Minte hazırda sağ ayağından keçirdiyi əməliyyatdan sonra bərpa prosesindədir. Futbolçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Seneqallı vinger 2025/26 mövsümündə “Brayton”un heyətində 36 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Liverpul” Məhəmməd Salahın komandadan ayrılmasından sonra hücum xəttini gücləndirməyə çalışır. Mersisayd klubu Minte ilə yanaşı, PSJ-nin hücumçusu Bredli Barkolanın transferi ilə də maraqlanıb.







Transfer