- Transfer
- 23:41 21.08.2026
“İnter” klubu “Liverpul”un yarımmüdafiəçisi Körtis Consun transferini rəsmən açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi 24 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
“Liverpul” akademiyasının yetirməsi olan Cons bütün karyerasını Mersisayd klubunda keçirib. İngiltərə millisinin üzvü ilk dəfə ölkə xaricində çıxış edəcək. O, “İnter”də millidən komanda yoldaşları Con Stounz və Ced Spenslə birgə forma geyinəcək.
“Liverpul”da Cons bütün turnirlərdə 228 oyuna çıxıb, 22 qol vurub və 25 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi “qırmızılar”ın heyətində iki dəfə İngiltərə çempionu olub.
“İnter”in açıqlamasında Consun klub tarixində altıncı ingilis futbolçu olduğu da qeyd edilib.
“Liverpul”da keçirdiyi uzun illərdən sonra yarımmüdafiəçi ilk dəfə vətənini tərk edir. İndi isə onu yeni və inanılmaz macəra gözləyir. Körtis Cons – “İnter”in yeni futbolçusudur”, - deyə klubun açıqlamasında bildirilib.