22 avqust 2026. Şənbə

“Barselona” 19 yaşlı futbolçusunu 11 milyon avroya satdı


  • Transfer
  • 23:39 21.08.2026
  • Oxunma sayı: 40
“Barselona” 19 yaşlı futbolçusunu 11 milyon avroya satdı

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Tommi Markesin komandadan ayrıldığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə,19 yaşlı futbolçu karyerasını Portuqaliyanın “Braqa” klubunda davam etdirəcək. Transfer icarə əsasında deyil, birdəfəlik həyata keçirilib.

Bununla belə, “Barselona” Markesi geri almaq hüququnu özündə saxlayıb. Bundan əlavə, Kataloniya klubu futbolçunun gələcək mümkün satışından müəyyən faiz əldə edəcək.

“Barselona” Tommi Markesə karyerasının yeni mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, Markes “Barselona”nın əsas komandasında cəmi iki oyun keçirib.

Mətbuatın yaydığı məlumata görə, “Braqa” 19 yaşlı yarımmüdafiəçinin transferi üçün “Barselona”ya 11 milyon avro ödəyib.







Transfer