22 avqust 2026. Şənbə

“Tottenhem” “Mançester Siti”nin hücumçusunun transferinə yaxınlaşdı


  • Transfer
  • 23:41 21.08.2026
  • Oxunma sayı: 28
“Tottenhem” “Mançester Siti”nin hücumçusunun transferinə yaxınlaşdı

“Tottenhem” “Mançester Siti”nin misirli hücumçusu Ömər Marmuşu transfer etməyə yaxındır.

 90deqiqe.Az-ın “Sky Sports”aə istinadən məlumatına görə, İngiltərə klubları arasında 27 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlar son mərhələyə yaxınlaşıb və proses uğurla davam edir.

Marmuşun özünün də London klubuna keçməyə müsbət yanaşdığı bildirilir.

Misir millisinin üzvü 2025-ci ilin yanvarından “Mançester Siti”nin formasını geyinir. O, bu müddət ərzində klubun heyətində 62 oyuna çıxıb, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Marmuşun hazırkı bazar dəyəri isə təxminən 50 milyon avro qiymətləndirilir.







Transfer