22 avqust 2026. Şənbə

“Arsenal” Ezri Konsa ilə uzunmüddətli müqavilə imzaladı


  • Transfer
  • 23:52 21.08.2026
  • Oxunma sayı: 27
“Arsenal” Ezri Konsa ilə uzunmüddətli müqavilə imzaladı

“Arsenal” “Aston Villa”nın mərkəz müdafiəçisi Ezri Konsanın transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı İngiltərə millisinin üzvü London klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Müdafiəçi yeni komandasında 15 nömrəli forma ilə çıxış edəcək.

Konsa 2019-cu ildən “Aston Villa”nın formasını geyinirdi. O, Birmingem klubunda keçirdiyi müddətdə bütün turnirlərdə 200-dən çox matçda meydana çıxıb.

Futbolçu 2023-cü ildən İngiltərə milli komandasına da dəvət alır.

Qeyd edək ki, “Arsenal” bu gün yeni Premyer Liqa mövsümündə ilk oyununa çıxacaq. “Topçular” 1-ci turda doğma meydanda “Koventri”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Transfer