- Transfer
- 00:58 22.08.2026
Braziliya millisinin yarımmüdafiəçisi Malkom “Əl-Hilal”la yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Ayrılığın səbəbi kimi futbolçu ilə klub rəhbərliyi arasında münasibətlərin pisləşməsi göstərilir.
Malkom 2023-cü ildə Rusiyanın “Zenit” klubundan 60 milyon avro qarşılığında “Əl-Hilal”a transfer olunmuşdu. Həmin vaxt onun bazar dəyəri 30 milyon avro təşkil edirdi.
29 yaşlı futbolçu “Əl-Hilal”ın 2026/27 mövsümündə keçirdiyi ilk oyunda meydana çıxaraq bir qolla yadda qalıb.
Hazırda Malkomun bazar dəyəri 18 milyon avro qiymətləndirilir. Bununla belə, futbolçu azad agent statusu aldığı üçün yeni klubuna təmənnasız keçə bilər.
Qeyd edək ki, daha əvvəl Malkomun BƏƏ təmsilçisi “Əl-Cəzirə” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı.