22 avqust 2026. Şənbə

“Milan” “Mançester Siti”nin müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 00:58 22.08.2026
  • Oxunma sayı: 38
“Milan” “Mançester Siti”nin müdafiəçisini transfer etmək istəyir

“Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Diaş “Milan”ın transfer gündəminə düşüb.

 90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, İtaliya klubu müdafiə xəttini gücləndirmək üçün 29 yaşlı futbolçunun transferini nəzərdən keçirir.

Xəbərdə bildirilir ki, Diaşın “Milan”a mümkün keçidində klubun baş məşqçisi Ruben Amorim amili mühüm rol oynaya bilər. Portuqaliyalı mütəxəssis və futbolçu həmyerlidirlər.

Ruben Diaş 2020-ci ilin sentyabrından “Mançester Siti”nin formasını geyinir. O, İngiltərə klubunun heyətində dörd dəfə Premyer Liqanın qalibi olub.

Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt”ın məlumatına görə, Ruben Diaşın hazırkı bazar dəyəri 55 milyon avro qiymətləndirilir.







Transfer