22 avqust 2026. Şənbə

“Çelsi”nin müdafiəçisi “Napoli”yə keçdi


  • Transfer
  • 21:52 22.08.2026
  • Oxunma sayı: 46
“Çelsi”nin müdafiəçisi “Napoli”yə keçdi

“Çelsi”nin müdafiəçisi Benua Badyaşil İtaliya A Seriyasında çıxış edən “Napoli”yə icarəyə verilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə London klubu rəsmi saytında məlumat yayıb.

25 yaşlı futbolçu mövsümün sonuna qədər Neapol təmsilçisinin formasını geyinəcək. Daha əvvəl yayılan xəbərlərə görə, “Napoli” fransalı müdafiəçinin icarəsi üçün “Çelsi”yə 3 milyon avro ödəyəcək. Müqavilədə Badyaşilin 27 milyon avroya satın alınması ilə bağlı bəndin də yer aldığı bildirilir.

Badyaşil 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 8, UEFA Çempionlar Liqasında isə 4 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Qeyd edək ki, fransalı müdafiəçinin “Çelsi” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 15 milyon avro qiymətləndirir.







Transfer