22 avqust 2026. Şənbə

“Liverpul” “Real”ın hücumçusuna göz dikdi


  • Transfer
  • 21:59 22.08.2026
  • Oxunma sayı: 44
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi

“Liverpul” Madrid “Real”ının hücumçusu Endriklə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Times” məlumat yayıb.

Mənbənin məlumatına görə, Mersisayd klubu 20 yaşlı braziliyalının transferə əlçatanlığı ilə bağlı “Real”dan məlumat istəyib.

İspaniya təmsilçisinin heyətinə Yan Diomandenin də qoşulmasından sonra Endrikin müntəzəm oynamaq şanslarının azalacağı gözlənilsə də, “Real” braziliyalı futbolçunu komandadan göndərməyi planlaşdırmır.

Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında “Lion”da keçirib. O, Fransa klubunun heyətində bütün turnirlərdə 21 oyuna çıxaraq 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, braziliyalı hücumçunun “Real”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.







Transfer