- Transfer
- 23:14 22.08.2026
“Barselona” və “Tottenhem” ABŞ millisinin və “Monako”nun hücumçusu Folarin Baloqunla maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “L’Equipe” məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu bu yay “Monako”dan böyük məbləğ qarşılığında ayrılacaq. “Barselona”nın Baloquna marağı isə yaxın vaxtlarda yaranıb.
Baloqun ötən mövsüm “Monako”nun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb. Amerikalı forvard bu görüşlərdə 19 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçunun “Monako” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı Baloqunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Baloqun 2026-cı il dünya çempionatında da ABŞ millisinin heyətində uğurlu çıxış edib. Hücumçu mundialda keçirdiyi 4 oyunda 3 qola imza atıb.