22 avqust 2026. Şənbə

“Milan” Leau ilə “Mançester Siti”nin kapitanını dəyişə bilər


  • Transfer
  • 22:17 22.08.2026
  • Oxunma sayı: 37
“Milan” Leau ilə “Mançester Siti”nin kapitanını dəyişə bilər

“Milan”ın vingeri Rafael Leau ilə “Mançester Siti”nin mərkəz müdafiəçisi və kapitanı Ruben Diaşın mümkün mübadiləsi gündəmə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sport Mediaset” məlumat yayıb.

Mənbənin məlumatına görə, potensial sövdələşmədə portuqaliyalı agent Jorje Mendeş mühüm rol oynaya bilər. Mendeş həm Leaunun, həm də Diaşın maraqlarını təmsil edir.

Bildirilir ki, “Milan”ın baş məşqçisi Ruben Amorim yüksək səviyyəli müdafiəçi axtarışındadır. Mendeş isə Leau üçün alternativ variantları nəzərdən keçirməkdə davam edir. Agentin futbolçunun “Qalatasaray”a və ya Səudiyyə Ərəbistanı klublarından birinə keçidini də mümkün hesab etdiyi vurğulanır.

Leau ötən mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ruben Diaş isə 33 qarşılaşmada iştirak edib və 2 qola imza atıb.







Transfer