- Transfer
- 23:37 22.08.2026
“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde klubdan ayrılması ehtimal olunan futbolçular sırasında yer alır.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, baş məşqçi Hans-Diter Flik 22 yaşlı müdafiəçiyə əsas heyətdə daimi yer vəd edə bilmir. Buna baxmayaraq, Balde mübarizəni davam etdirmək və özünü almaniyalı mütəxəssisə sübut etmək niyyətindədir.
Bildirilir ki, ispaniyalı futbolçu yalnız klub rəhbərliyi onun xidmətlərindən yararlanmaq istəmədiyini açıq şəkildə bildirdiyi halda “Barselona”dan ayrılmağa razı olacaq. Hazırda isə Balde yayılan transfer şayiələrinə baxmayaraq, komandanı dəyişməyi düşünmür.
Son vaxtlar müdafiəçi ilə “Mançester Yunayted”in maraqlandığı barədə xəbərlər yenidən gündəmə gəlib.
Qeyd edək ki, “Transfermarkt” portalı Alexandro Baldenin bazar dəyərini 50 milyon avro qiymətləndirir.