- Transfer
- 00:55 23.08.2026
“Çelsi”nin hücumçusu Nikolas Cekson karyerasını davam etdirmək istədiyi klubu müəyyənləşdirib.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, Seneqal millisinin futbolçusu Madrid “Atletiko”suna keçmək niyyətindədir. 25 yaşlı hücumçu artıq Madrid klubuna şifahi razılıq verib.
Ceksonla “Aston Villa” da maraqlanır. Lakin futbolçu İngiltərədə qalmaq istəmir və karyerasını Madrid klubunda davam etdirməyə üstünlük verir.
“Çelsi” isə əksinə, hücumçunu “Aston Villa”ya satmaqda maraqlıdır. “Atletiko” hələlik London klubu ilə razılığa gəlməkdən uzaqdır və danışıqlarda irəliləyiş olmayacağı təqdirdə digər namizədlərə yönələ bilər.
Qeyd edək ki, “Transfermarkt” portalı Nikolas Ceksonun bazar dəyərini 40 milyon avro qiymətləndirir.