23 avqust 2026. Bazar günü

“Atalanta” “Leypsiq”in futbolçusunu icarəyə götürdü


  • Transfer
  • 00:20 23.08.2026
  • Oxunma sayı: 46
“Atalanta” “Leypsiq”in futbolçusunu icarəyə götürdü

İtaliya A Seriyası klubu “Atalanta” Almaniyanın “Leypsiq” komandasının yarımmüdafiəçisi Elif Elması heyətinə qatıb.

 90deqiqe.Az-ın məlumatına görə,  İtaliya təmsilçisi Şimali Makedoniya millisinin 26 yaşlı futbolçusunu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə Elmasın transfer hüquqlarının alınması ilə bağlı bəndin də yer aldığı bildirilir.

Qeyd edək ki, karyerasının bir hissəsini Türkiyənin “Fənərbağça” klubunda keçirən Elmas ötən mövsümü də icarə əsasında “Napoli”də keçirib.

Yarımmüdafiəçi Neapol təmsilçisinin heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer