- Transfer
- 00:55 23.08.2026
“Liverpul”un sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum MLS-in “Real Solt-Leyk” klubu ilə mümkün transferi müzakirə edib.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, 35 yaşlı niderlandlı futbolçu ABŞ təmsilçisindən müsbət təəssürat alıb və karyerasını MLS-də davam etdirməyə qarşı deyil. Bununla belə, tərəflər arasında razılaşmanın əldə olunmasına hələ çox var.
Veynaldum “Əl-İttifaq”dan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. O, Səudiyyə Ərəbistanı klubunda üç mövsümə yaxın çıxış edib.
Niderlandlı futbolçu karyerası ərzində “Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma”nın da formasını geyinib.
Qeyd edək ki, “Real Solt-Leyk” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Klub bu yaxınlarda vinger Zaviyer Qosonu “Kristal Pelas”a təxminən 15 milyon dollara satıb. Bu transfer “Real Solt-Leyk” tarixinin ən bahalı satışıdır.
MLS-də transfer pəncərəsi sentyabrın 2-də bağlanacaq.