- Transfer
- 23:45 23.08.2026
“Tottenhem” “Mançester Siti”nin misirli hücumçusu Ömər Marmuşun transferi ilə bağlı şifahi razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət müəyyən şərtlərdən asılı olaraq 50 milyon funt-sterlinqə (təxminən 58 milyon avro) məcburi satınalma şərti ilə icarədən gedir. Futbolçunun özü artıq London klubuna keçidə razılıq verib. Marmuş avqustun 24-də tibbi müayinədən keçəcək.
Ötən mövsüm 36 oyunda meydana çıxan 26 yaşlı hücumçu 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Marmuşun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.