- Transfer
- 00:36 24.08.2026
“Mançester Siti” və “Lill” 18 yaşlı yarımmüdafiəçi Ayub Buadinin transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu mərakeşli futbolçunun keçidi üçün Fransa təmsilçisinə 100 milyon avro və bonuslar ödəyəcək. Buadi isə iyul ayında “Mançester Siti” ilə şəxsi müqaviləsinin şərtləri barədə razılığa gəlib.
Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Lill”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
Buadi 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində də çıxış edib. 18 yaşlı futbolçu mundialda 5 matçda meydana çıxsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Mərakeş yığması turnirdə 1/4 finala qədər irəliləyib. Komanda bu mərhələdə Fransaya 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.