- Transfer
- 00:36 24.08.2026
“Bavariya”nın vingeri Brayan Saraqosa yenidən İspaniya La Liqasına qayıdacaq.
90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun “Espanyol”a keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Kataloniya klubu ispaniyalını satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürəcək. Saraqosa artıq keçidə razılıq verib.
Qeyd edək ki, Brayan Saraqosa ötən mövsümün ilk yarısını icarə əsasında “Selta”da keçirib. O, mövsümün ikinci hissəsində isə İtaliyada “Roma”nın formasını geyinib.
Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir. “Transfermarkt” portalı Saraqosanın bazar dəyərini 8 milyon avro qiymətləndirir.
“Espanyol” yeni mövsümə “Levante” üzərində 3:0 hesablı qələbə ilə başlayıb. Kataloniya təmsilçisi ikinci turda isə Madrid “Real”ına 1:2 hesabı ilə məğlub olub.