- Transfer
- 23:34 24.08.2026
Almaniyanın “Bavariya” klubunun 31 yaşlı yarımmüdafiəçisi Joau Palinya “Benfika”ya keçid ərəfəsində tibbi müayinədən keçib.
90deqiqe.Az-ın “Record”a istinadən məlumatına görə, portuqaliyalı futbolçu bazar ertəsi səhər saatlarında Lissabonda tibbi müayinədən keçib. Münhen təmsilçisi transferlə bağlı rəsmi prosedurları tamamlamaq üçün futbolçuya Lissabonda qalmağa icazə verib.
Məlumata əsasən, “Benfika” Joau Palinyanın transferini çərşənbə günü rəsmən açıqlayacaq.
Palinya şənbə günü bir neçə çamadanla Portuqaliyaya yollanıb. Həmin vaxt futbolçu hələ də “Bavariya”nın oyunçusu olduğunu və səfərin uşaqları ilə vaxt keçirməklə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Palinya ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib. O, London klubunun heyətində keçirdiyi 45 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.