- Transfer
- 23:34 24.08.2026
“Çelsi” Madrid “Atletiko”su ilə argentinalı hücumçu Xulian Alvaresin mümkün transferi ilə bağlı danışıqlar aparıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Yahoo Sports” məlumat yayıb.
London klubunun nümayəndələri “Atletiko”nun maraq göstərdiyi Nikolas Ceksonun transferini müzakirə etmək üçün Madrid təmsilçiləri ilə görüşüblər. Danışıqlar zamanı “Çelsi” Xulian Alvaresin mümkün transferinin şərtləri ilə də maraqlanıb.
26 yaşlı hücumçu daha əvvəl “Atletiko” rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib. Alvares karyerasını “Barselona”da davam etdirmək niyyətindədir. Bununla belə, Madrid klubu forvardı La Liqadakı birbaşa rəqibinə satmaq istəmir.
Jurnalist Nikolo Skira da “Çelsi”nin argentinalı futbolçuya maraq göstərdiyini təsdiqləyib. Bildirilir ki, “Barselona”da çıxış etmək istəyən Alvares artıq Kataloniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.