- Transfer
- 23:34 24.08.2026
“Liverpul” niderlandlı hücumçu Kodi Qakponun komandadan ayrılmasına yalnız qarşıdakı 8 gün ərzində iki vinger transfer edə biləcəyi halda icazə verəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, “Tottenhem” hələ iyul ayında Qakpo ilə müqavilənin şəxsi şərtləri barədə şifahi razılığa gəlib. Niderlandlı futbolçuya “Mançester Siti” də maraq göstərir. Mançester klubu hazırda oyunçunun agentləri ilə danışıqlar aparır.
27 yaşlı hücumçu ötən mövsüm “Liverpul”un heyətində 52 matçda meydana çıxıb. O, bu görüşlərdə 9 qol vurub və 6 məhsuldar ötürmə edib. Qakpo yeni mövsümə isə “Nyukasl”la matçda vurduğu qolla başlayıb.
Qeyd edək ki, “Liverpul”un vinger mövqeyində əsas transfer hədəfi hələ də PSJ-nin futbolçusu Bredli Barkoladır.