- Transfer
- 23:34 24.08.2026
“Çelsi” İngiltərə millisinin yarımmüdafiəçisi Aleks Skottun transferi üçün “Bornmut”a üç dəfə təklif göndərib.
90deqiqe.Az-ın “The i Paper”ə istinadən məlumatına görə, buna baxmayaraq bütün təkliflər qarşı tərəf tərəfindən rədd edilib.London klubu 23 yaşlı futbolçu üçün 72-79 milyon avro arasında dəyişən məbləğ təklif edib.
“Bornmut” Skottu bu yay transfer pəncərəsində satmaq niyyətində deyil. Klub rəhbərliyi əsas futbolçularının toxunulmaz olduğu barədə oyunçulara, agentlərə və maraqlanan klublara mövqeyini çatdırıb.
Cənubi İngiltərə təmsilçisi digər klubların marağına baxmayaraq, Aleks Skott və Eli Cunior Krupini komandada saxlamağı planlaşdırır.
Qeyd olunur ki, klub rəhbərliyi yeni baş məşqçi Marko Rozeyə komandanın Avropa Liqasındakı ilk mövsümü öncəsi mümkün qədər güclü heyət təqdim etmək istəyir.