- Transfer
- 23:34 24.08.2026
“Nyukasl” “Lill”in vingeri Matias Fernandes-Pardonun transferi ilə bağlı danışıqlara başlayıb.
90deqiqe.Az-ın “L’Équipe”yə istinadən məlumatına görə, İngiltərə klubu belçikalı futbolçu üçün bonuslar nəzərə alınmadan təxminən 40 milyon avro məbləğində təklif göndərib.
Fernandes-Pardonun “Lill”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, 21 yaşlı futbolçu Fransa klubundan ayrılmaq istəyini qoruyur.
Daha əvvəl 21 yaşlı vingerə “Atletiko” da maraq göstərib. Madrid klubu onun üçün 35 milyon avro təklif etsə də, bu məbləğ “Nyukasl”ın təklifindən 5 milyon avro az olub.
“Lill”in prezidenti Olivye Letanq Fernandes-Pardonu yeni futbolçu ilə əvəzləmədən satmaq niyyətində deyil. Lakin “Nyukasl”ın maliyyə imkanlarının mümkün transferi reallaşdırmaq üçün Fransa klubunun mövqeyini dəyişə biləcəyi bildirilir.
Qeyd edək ki, Fernandes-Pardo ötən mövsüm klub səviyyəsində 41 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.