25 avqust 2026. Çərşənbə axşamı

“Liverpul” daha 2-3 transfer etməyi planlaşdırır


  • Transfer
  • 23:20 24.08.2026
  • Oxunma sayı: 39
“Liverpul” daha 2-3 transfer etməyi planlaşdırır

“Liverpul” rəhbərliyi heyətin gücləndirilməsi istiqamətində çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, Mersisayd klubu transfer pəncərəsi bağlanana qədər daha 2-3 futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.

“Qırmızılar”ın əsas hədəfləri PSJ-nin vingeri Bredli Barkola və “Brayton”un futbolçusu Yankuba Minte hesab olunur. Bildirilir ki, hər iki oyunçu klub rəhbərliyinin prioritet transfer hədəfidir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk turunda “Liverpul” səfərdə “Nyukasl”la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Mersisayd təmsilçisi növbəti oyununu avqustun 29-da doğma meydanda “Nottingem Forest”ə qarşı keçirəcək.







Transfer