25 avqust 2026. Çərşənbə axşamı

“Mançester Siti” Enso Fernandes üçün 140 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 23:27 24.08.2026
  • Oxunma sayı: 35
“Mançester Siti” Enso Fernandes üçün 140 milyon avro ödəməyə hazırdır

“Mançester Siti” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandesin transferi üçün danışıqları davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” ulduz futbolçunun keçidini reallaşdırmağa yaxındır. Klubun transferi bu həftənin sonuna qədər rəsmiləşdirməyi planlaşdırdığı bildirilir.

“Çelsi” isə Enso Fernandesin satışından 140 milyon avro qazanmaq istəyir.

Argentinalı yarımmüdafiəçi 2023-cü ilin qışından London klubunun formasını geyinir. O, ötən mövsüm “Çelsi”nin heyətində 54 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer