- Transfer
- 00:53 25.08.2026
“Atalanta” “Bolonya”nın ingiltərəli vingeri Conatan Rou üçün rəsmi təklif göndərib.
90deqiqe.Az-ın məlumatına görə, Berqamo təmsilçisi 23 yaşlı futbolçu üçün 35 milyon avro və bonuslar təklif edib.
“Bolonya” hazırda əsas oyunçularından birini satmaq niyyətində deyil. Klubun yalnız daha yüksək məbləğdə təklif alacağı və eyni zamanda Rou üçün əvəzləyici tapacağı təqdirdə transferə razılıq verəcəyi bildirilir.
Conatan Rou ötən mövsüm klub səviyyəsində 44 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mənbənin məlumatına görə, “Atalanta” daha əvvəl “Napoli”nin hücumçusu Nua Lanqa da maraq göstərib.