- Transfer
- 00:53 25.08.2026
“Barselona”nın müdafiəçisi Aleksandro Balde ilk dəfə klubdakı gələcəyi ilə bağlı şübhələrə düşüb.
90deqiqe.Az-ın “COPE”yə istinadən məlumatına görə, 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin komandasında rolunun qeyri-müəyyən olmasından narahatdır.
Balde La Liqanın ikinci turunda “Elçe”yə qarşı keçirilən və “Barselona”nın 5:0 hesablı qələbəsi ilə başa çatan matçın iştirak ərizəsinə daxil edilməyib. Futbolçunun ətrafında olan şəxslər bu qərarı mümkün ayrılıq siqnalı kimi qiymətləndirirlər.
Müdafiəçiyə artıq digər klublardan təkliflər gəlib. Ən konkret maraq isə “Mançester Yunayted” tərəfindən göstərilir.
Bununla belə, Balde “Barselona” rəhbərliyi və məşqçilər korpusundan gələcəyi ilə bağlı aydınlıq əldə etmədən transfer qərarı vermək niyyətində deyil.
Qeyd olunur ki, futbolçu hazırda məşqlərini əvvəlki rejimdə davam etdirir.