25 avqust 2026. Çərşənbə axşamı

Fabinyo Salahla yenidən bir komandada


  • Transfer
  • 15:46 24.08.2026
  • Oxunma sayı: 28
Fabinyo Salahla yenidən bir komandada

Braziliya millisinin sabiq futbolçusu Fabinyo karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi azad agent statusunda “Trabzonspor” klubuna keçib. Tərəflər arasında imzalanan müqavilənin maliyyə və digər detalları açıqlanmayıb.

Fabinyo son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun formasını geyinib. Braziliyalı futbolçu 2023-cü ildə İngiltərə təmsilçisi “Liverpul”dan ərəb klubuna transfer olunmuşdu.

O, “Əl-İttihad”ın heyətində keçirdiyi müddət ərzində 111 rəsmi matçda meydana çıxıb.

Fabinyonun Türkiyəyə keçidi onun üçün keçmiş komanda yoldaşı ilə yenidən bir araya gəlməsi baxımından da diqqət çəkir. Təcrübəli yarımmüdafiəçi “Trabzonspor”da “Liverpul”da birlikdə çıxış etdiyi Məhəmməd Salahla yenidən eyni komandada forma geyinəcək.







Transfer