25 avqust 2026. Çərşənbə axşamı

“Arsenal” Xulian Alvares uğrunda mübarizədən əl çəkməyib


  • Transfer
  • 00:53 25.08.2026
  • Oxunma sayı: 44
“Arsenal” Xulian Alvares uğrunda mübarizədən əl çəkməyib

“Arsenal” Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi transfer etmək üçün mübarizəni davam etdirir.

90deqiqe.Azn məlumatına görə, 26 yaşlı argentinalı futbolçunun “Barselona”ya keçmək istədiyi bildirilir. Lakin “Atletiko” rəhbərliyi ulduz futbolçusunu Kataloniya klubuna satmaq niyyətində deyil.

 Alvares transfer pəncərəsi bağlanana qədər fikrini dəyişərək digər klubların təkliflərini nəzərdən keçirsə, “Arsenal” hərəkətə keçəcək.

Bildirilir ki, ötən həftə “Atletiko”nun idman direktoru Mateu Alemani Londonda “Arsenal” nümayəndələri ilə görüşüb. Tərəflər arasında danışıqlar zamanı Madrid klubunun Alvares üçün tələb etdiyi məbləğ də açıqlanıb – 150 milyon avro.

İngiltərə klubunun rəhbərliyi hesab edir ki, futbolçunun özü transferə razılıq versə, bu məbləği ödəmək imkanına malikdir.

Beləliklə, Alvaresin gələcək karyerası ilə bağlı son qərar məhz argentinalı hücumçudan asılıdır.







Transfer