25 avqust 2026. Çərşənbə axşamı

“Yuventus”un futbolçusu klubdan ayrıla bilər


  • Transfer
  • 01:03 25.08.2026
  • Oxunma sayı: 47
“Yuventus”un futbolçusu klubdan ayrıla bilər

“Yuventus”un yarımmüdafiəçisi Tyon Kopmeyners Turin klubunu tərk etməyə yaxındır.

90deqiqe.Az-ın “Goal.com”a istinadən məlumatına görə, 28 yaşlı niderlandlı futbolçu artıq baş məşqçi Luçano Spallettinin planlarında yer almır.

Kopmeyners transfer pəncərəsi bağlanana qədər özünə yeni klub tapmaq niyyətindədir. Futbolçuya daha əvvəl İtaliya, Türkiyə və İngiltərədən klublar maraq göstərib. Onlar arasında “Aston Villa” və “Mançester Yunayted” də olub.

“Yuventus” Kopmeynersi təxminən 30 milyon avroya satmağa hazırdır. Turin təmsilçisi futbolçunun icarəyə verilməsi variantını da nəzərdən keçirir. Lakin bu halda müqaviləyə müəyyən göstəricilərə çatacağı təqdirdə məcburi satınalma bəndinin daxil edilməsini istəyir.

Kopmeyners 2024-cü ilin yayında 58 milyon avro qarşılığında “Atalanta”dan “Yuventus”a keçib. Lakin niderlandlı yarımmüdafiəçi Turin klubunda özündən gözlənilənləri doğrulda bilməyib.

O, “Yuventus”un heyətində bütün turnirlərdə 90 rəsmi oyuna çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer