25 avqust 2026. Çərşənbə axşamı

“Nottingem Forest” “Çelsi”nin hücumçusunu transfer etməyə yaxındır


  • Transfer
  • 01:10 25.08.2026
  • Oxunma sayı: 57
“Nottingem Forest” “Çelsi”nin hücumçusunu transfer etməyə yaxındır

“Nottingem Forest” “Çelsi”nin hücumçusu Liam Delapın transferi üzərində çalışır.

 90deqiqe.Az-ın məlumatına görə, klublar transferin şərtləri ilə bağlı razılığa gəlməyə çox yaxındır. Danışıqlar artıq son mərhələyə qədəm qoyub.

“Meşəçilər” hələ 23 yaşlı futbolçunun özü ilə müqavilənin şərtlərini razılaşdırmayıb. Lakin klub Delapın tələblərindən xəbərdardır və onların yerinə yetirilməsində problem görmür.

Məlumata əsasən, proses plan üzrə davam edərsə, ingiltərəli hücumçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və bundan sonra transfer rəsmiləşdiriləcək.

Qeyd edək ki, “Çelsi” ötən il Delapı “İpsviç”dən 35,5 milyon avroya transfer edib. “Transfermarkt” portalı 23 yaşlı forvardın hazırkı bazar dəyərini 28 milyon avro qiymətləndirir.







Transfer