25 avqust 2026. Çərşənbə axşamı

“Yuventus” Polşa millisinin qapıçısını transfer edir


  • Transfer
  • 01:13 25.08.2026
  • Oxunma sayı: 61
“Yuventus” Polşa millisinin qapıçısını transfer edir

İtaliya A Seriyasında çıxış edən “Yuventus” Almaniyanın “Volfsburq” klubunun qapıçısı Kamil Qrabaranın transferi ilə bağlı danışıqları yekunlaşdırıb.

90deqiqe.Az-ın “Calciomercato.com”a istinadən məlumatına görə, tərəflər müqavilənin son detallarını dəqiqləşdirmək üzərində işləyirlər. 27 yaşlı qapıçı satınalma şərti ilə icarə əsasında Turin klubuna keçəcək.

Danışıqların artıq qərar mərhələsinə çatdığı bildirilir. Müqavilə şərtləri rəsmiləşdirildikdən sonra Qrabarının yaxın günlərdə İtaliyaya yollanacağı gözlənilir.

“Yuventus”un bu transferə ehtiyac duymasının əsas səbəbi klubdan ayrılan qapıçılardır. Mişel Di Qreqorio “Bornmut”a keçib, Mattia Perinin isə “Palermo”ya transferi gözlənilir. Bu səbəbdən Turin təmsilçisi əsas qapıçının arxasında təcrübəli alternativə ehtiyac duyur.

Qeyd edək ki, Kamil Qrabara 2024-cü ildə Danimarkanın “Kopenhagen” klubundan “Volfsburq”a transfer olunub. Karyerasının ilk illərində isə Polşa millisinin qapıçısı “Liverpul”un akademiyasında çıxış edib.

Qrabaranın transferi “Yuventus”un yeni rəhbərliyinin həyata keçirdiyi son addımlardan biri olacaq.







Transfer