25 avqust 2026. Çərşənbə axşamı

“Çelsi” “Atalanta”nın 18 yaşlı müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 01:22 25.08.2026
  • Oxunma sayı: 39
“Çelsi” “Atalanta”nın 18 yaşlı müdafiəçisini transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu “Atalanta”nın mərkəz müdafiəçisi Onest Ahanoru transfer etməkdə maraqlıdır.

 90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisinin nümayəndələri 18 yaşlı futbolçunun inkişafını yaxından izləyirlər. Ahanor gələcəkdə “Çelsi”nin mümkün transfer hədəflərindən biri kimi nəzərdən keçirilir.

 “Atalanta” bu yay gənc müdafiəçi üçün adı açıqlanmayan klublardan daxil olan iki təklifi artıq rədd edib.

Ahanor “Atalanta”nın heyətində 35 matç keçirib və 1 qola imza atıb. Nigeriya əsilli italiyalı futbolçunun “Transfermarkt”dakı bazar dəyəri 30 milyon avro qiymətləndirilir.

18 yaşlı müdafiəçinin Berqamo klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Transfer