- Transfer
- 01:28 25.08.2026
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Arsenal”ın vingeri Qabriel Martinellinin transferini yekunlaşdırmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər keçidin şərtləri ilə bağlı razılığa gəlməyə çox yaxındırlar. Səudiyyə nəhəngi 25 yaşlı braziliyalı futbolçu üçün “Arsenal”a 50-55 milyon funt-sterlinq (58-64 milyon avro) ödəməyə hazırdır.
“Topçular”ın bu təklifə müsbət cavab verəcəyi gözlənilir. “Əl-Hilal” Martinelliyə də müqavilə təklifi göndərib və transferi bu həftə ərzində rəsmiləşdirməyə ümid edir.
Qeyd edək ki, “Arsenal” Martinellinin xidmətində maraqlı deyil. Braziliyalı futbolçunun London klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.
Martinelli daha əvvəl Türkiyənin “Qalatasaray” klubuna keçməkdən imtina edib.