- Transfer
- 01:28 25.08.2026
“Barselona” Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassini bu yay transfer etməyəcək.
90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, Kataloniya klubu yeni forvard axtarışındadır və 30 yaşlı qvineyalı futbolçu namizədlər arasında yer alıb. Lakin “Barselona” rəhbərliyi Qirassini qısa siyahıdan çıxarıb.
Buna səbəb futbolçunun yüksək maaş tələbi olub. “Barselona”da hesab edirlər ki, Qirassinin maliyyə şərtləri klub üçün qəbuledilməzdir. Hazırda “Borussiya”da çıxış edən hücumçu ildə təxminən 10 milyon avro qazanır.
Qeyd edək ki, Seru Qirassi Dortmund klubunun heyətində 97 matç keçirib. O, bu oyunlarda 60 qol vurub və 15 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 30 yaşlı forvardın bazar dəyərini 32 milyon avro qiymətləndirir.