26 avqust 2026. Çərşənbə

“Xankəndi” Kamerun millisinin üzvünü transfer etdi


  • Transfer
  • 13:43 25.08.2026
  • Oxunma sayı: 30
“Xankəndi” Kamerun millisinin üzvünü transfer etdi

Azərbaycanın I Liqa təmsilçisi “Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən  90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi Kamerun əsilli hücumçu Kristian Kamta Foku ilə müqavilə imzalayıb.

22 yaşlı forvardla anlaşmanın müddəti bir ildir.

Kristian Kamta Foku ötən mövsüm Azərbaycanda çıxış edib. O, 2025/2026 mövsümündə “Difai”nin formasını geyinib.

Qeyd edək ki, “Xankəndi” yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.







Transfer