26 avqust 2026. Çərşənbə

“Tottenhem” “Mançester Siti”nin braziliyalı futbolçusunu transfer etdi


  • Transfer
  • 13:53 25.08.2026
  • Oxunma sayı: 17
“Tottenhem” “Mançester Siti”nin braziliyalı futbolçusunu transfer etdi

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi “Mançester Siti”nin 22 yaşlı braziliyalı vingeri Savinyonun transferini rəsmən açıqlayıb.

Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.

Peşəkar karyerasına Braziliyanın “Atletiko Mineyro” klubunda başlayan Savinyo daha sonra Fransanın “Trua”, Niderlandın PSV və İspaniyanın “Jirona” komandalarının formasını geyinib. Futbolçu son olaraq “Mançester Siti”də çıxış edib.

Braziliyalı vinger Mançester klubunun heyətində 84 rəsmi oyuna çıxaraq 7 qol vurub. O, “şəhərlilər”lə İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.

Savinyo Braziliya millisində də 13 matçda meydana çıxıb və 1 qola imza atıb.

Qeyd edək ki, “Transfermarkt” 22 yaşlı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer