- Transfer
- 02:26 26.08.2026
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
O İstanbul təmsilçisinin Almaniyanın “Bayer” klubunda çıxış edən Ernest Pokunun transferi ilə bağlı razılığa gəldiyini qeyd edib.
22 yaşlı niderlandlı futbolçunun keçidi ilə bağlı tərəflər arasında anlaşma əldə olunub.
Ernest Poku 2025-ci ildən “Bayer 04”ün formasını geyinir. Hücumçu bundan əvvəl də Niderland futbolunda çıxış edib.
Qeyd edək ki, Poku “Beşiktaş”ın bu yay transfer pəncərəsində hücum xəttinə cəlb etdiyi yeni futbolçulardan biri olacaq.