- Transfer
- 02:26 26.08.2026
İngiltərənin “Çelsi” klubunun hücumçusu Liam Delap komandasını dəyişməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
O 22 yaşlı futbolçu karyerasını “Nottinqem Forest”də davam etdirəcəyini qeyd edib.
Tərəflər arasında transferlə bağlı razılıq əldə olunub. “Çelsi”nin bu keçiddən 45 milyon funt sterlinq gəlir əldə edəcəyi bildirilir.
Liam Delap 2025-ci ildən London təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, ingiltərəli hücumçu bundan əvvəl “Mançester Siti”, “Sauthempton”, “Hall Siti” və “İpsviç Taun” kimi klublarda çıxış edib.