- Transfer
- 02:58 26.08.2026
Türkiyənin “Beşiktaş” klubu kamerunlu yarımmüdafiəçi Jean Emile Junior Onana Onana ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
“Beşiktaş Futbol Yatırımları Sanayi ve Ticaret AŞ” tərəfindən Borsa İstanbul-a göndərilən və Kamuyu Aydınlatma Platformasında (KAP) yayımlanan açıqlamada bildirilib:
“Peşəkar futbolçumuz Jean Emile Junior Onana Onana ilə müqaviləmiz qarşılıqlı razılaşma əsasında başa çatdırılıb.”
Onana 2023/2024 mövsümünün əvvəlində “Beşiktaş”a transfer olunmuşdu. Kamerunlu futbolçu İstanbul təmsilçisinin heyətində ümumilikdə 16 oyunda meydana çıxıb.
Yarımmüdafiəçi “Beşiktaş”da çıxış etdiyi müddətdə icarə əsasında Fransanın “Marsel” və İtali