- Transfer
- 03:01 26.08.2026
“Milan”ın hücumçusu Rafael Leau Türkiyədə çıxış etmək istədiyini açıqlasa da, onun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə biləcəyi ilə bağlı iddialar səngimir.
90deqiqe.Az-ın məlumatına görə, hazırda 26 yaşlı futbolçunun mümkün transferi ilə bağlı “Tottenhem”in adı hallanır. London klubuna italiyalı mütəxəssis Roberto De Zerbi rəhbərlik edir.
İtaliyanın “Milan” klubunun Leau üçün tələb etdiyi məbləğ isə əsas müzakirə mövzusudur. Məlumata görə, “Milan” portuqaliyalı futbolçunu 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.
Leaunun “Qalatasaray”a keçidi variantı da gündəmdə qalır. İstanbul təmsilçisinin 35 milyon avroluq təklif etdiyi bildirilir. Lakin Türkiyə klubu futbolçunu transfer etmək istəyirsə, təklifini əhəmiyyətli dərəcədə artırmalı olacaq.
Qeyd edək ki, Rafael Leau 2019-cu ildən “Milan”ın formasını geyinir.