26 avqust 2026. Çərşənbə

“Leyptsiq” sabiq futbolçusunu geri qaytardı


  • Transfer
  • 02:47 26.08.2026
  • Oxunma sayı: 41
“Leyptsiq” sabiq futbolçusunu geri qaytardı

Almaniyanın “Leyptsiq” klubu İtaliyanın “Milan” komandasında çıxış edən sabiq futbolçusu Kristofer Nkunkunu heyətinə qatıb.

 90deqiqe.Az-ın məlumatına görə, Bundesliqa təmsilçisi 27 yaşlı hücumameyilli futbolçunun transferi ilə bağlı “Milan”la satınalma şərti olan icarə müqaviləsi imzalayıb.

Transferdən sonra açıqlama verən Nkunku “Leyptsiq”ə qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib:

“RB Leyptsiqə qoşulmaq imkanı yarananda bunu mütləq dəyərləndirmək istədim. Geri döndüyüm üçün inanılmaz dərəcədə xoşbəxtəm. Formadayam, komandaya dərhal kömək etmək istəyirəm. “Red Bull Arena”da azarkeşlərimizin qarşısında yenidən meydana çıxmaq üçün səbirsizlənirəm”.

“Leyptsiq”in idman direktoru Marsel Şefer də Nkunkunun komandaya qayıtmasından məmnunluğunu ifadə edib:

“Kristonun yenidən bizimlə olmasından çox xoşbəxtik. O, artıq “Leyptsiq”də qeyri-adi keyfiyyətlərini və istedadını nümayiş etdirib. Klubu, şəhəri və mühiti tanıyır. Hücum xəttindəki universallığı bizə əlavə seçimlər təqdim edəcək. Digər Avropa nəhənglərinin marağına baxmayaraq, o, geri qayıtmaqda israrlı idi. Bu, onun klubumuzla xüsusi bağının olduğunu göstərir”.

Qeyd edək ki, Nkunku ötən mövsüm “Milan”ın heyətində 35 oyunda meydana çıxıb. Fransalı futbolçu bu görüşlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer